n3
.jpeg)
Son zamanlar bir çox marşurut xəttlərində özbaşnalıqla qarşılaşırıq! Elə 2 gün bundan əvvəl 172 nömrəli marşurut xəttində sürücünün özbaşnalığı ilə qarşılaşdım. Sürücünün narkotik maddə qəbul etdiyib ap-aydın görünürdü. Bunu hiss etmək üçün mütəxəssis olmaq o qədərdə vacib deyildi. Lakin məni düşündürən odurki, o sürücünü kim sükan arxasına buraxıb?!
Sürücü sərnişinləri acılayır, yol-hərəkəti qaydalarına məhəl qoymadan üzü Koroğlu istiqamətinə hərəkət edirdi. Avtobusun dolu olmasına baxmayaraq yenə avtobusa adam mindirirdi. 100 km/saat sürətdən artıq hərəkət etdiyini əminliklə deyə bilərəm. Zabrat qəsəbəsində o dayanacağa təhlükəli manevr edərək daxil oldu! Daha sonra bir qadın öz iradını bildirdi ona. O isə qadının üzərinə səsini qaldırdı. Bu məqaləni yazmağda məqsədim odurki, BAKI NƏQLİYYAT AGENTLİYİ və Məsuliyyətli şirkət bu faktla bağlı araşdırma aparsın və 172 saylı marşurutunun sürücü kollektivini bir daha nəzərdən keçirsin.
Avtobusun nömrəsinidə qeyd edirəm:
99-JF-715
21 avqust 2019 18:41 Hüseyn Əkbərov
Comments on this page:
|
Add comment to this page: