AZEBLOGS azeblogs - kd
Banner Dəyiş

Dizayn: v3

azeblogs

kd

AzeBlogs.tr.gg
Azərbaycanda ən çox istifadə olunan Kodlama Dilləri!

Bu yazı: technote.az-dan alıntıdır!
    Azərbaycanda developerlər arasında ən çox istifadə olunan proqramlaşdırma dillərini müəyyən etmək üçün bir müddət əvvəl qapalı qruplarda sorğular keçirdik. Hazırlanmış sorğuda iştirak edən 370 developerdən yalnız 303-ü sorğu sonunda yerləşdirilmiş tapşırığı doğru yerinə yetirdiyi üçün həmin şəxslərin iştirakı əsasında formalaşdırılmış nəticələrii sizlərlə bölüşürük. Beləliklə, 303 yerli developer arasında keçirilmiş sorğu nəticələri aşağıdakı kimidir.

Ən çox istifadə olunan proqramlaşdırma dili

    303 developer arasında aparılan sorğuya əsasən, iştirakçıların 56%-i Javascripdənistifadə edir. (170 nəfər) Eyni statistikaya əsasən developerlərin 51.8%-i (157 nəfər) PHP proqramlaşdırma dilindən yararlanır. SQLisə demək olar ki, bu dilləri bilən istifadəçilərin bildiyi verilənlər bazasında işləmək üçün lazım olan köməkçi dilidir.  Sorğu iştirakçılarının 53%-i bu dildən istifadə edirlər. Üçüncü əsas proqramlaşdırma dili olaraq isə Azərabycanda Java-dan daha çox istifadə olunur.

    Beləliklə Azərbaycanda proqramçılar tərəfindən istifadə olunan əsas proqramlaşdırma dilləri:

  1. Javascript
  2. SQL
  3. PHP
  4. Java 


Ən çox tələb olunan proqramlaşdırma dilləri

    Sorğu nəticələrə əsasən proqramçılardan daha çox məhz bu proqramlaşdırma dillərində web layihə yaratmaq istənilir. Müştəri istəyinə əsasən Azərbaycanda tələb olunan proqramlaşdırma dilində 1-ci yerdə 57.1% -lə PHP gəlir. Bu mövzuda Java proqramlaşdırma dili heç də PHP-dən geri qalmır. 147 nəfər developer düşünür ki, Azərbaycanda ən çox tələb olunan dillərdən biri də Java-dır. Azərbaycanda olan IT kursların da daha çox bu dillərdə tədris verdiyini nəzərə alsaq, statistikanın doğru olduğunu söyləyə bilərik.


 

Proqramçılar hansı dili öyrənmək istəyirlər?

 

     Sorğunun üçüncü hissəsi məhz sorğuda iştirak edən proqramçıların hansı proqramlaşdırma dilinə maraq göstərməsi və öyrənməsi ilə bağlıdır. Azərbaycanlı developerlərin əsasən PHP və Java-ya köklənməsi öz nəticəsini bu sorğuda da göstərir. Alınmış cavablara əsasən 303 nəfərin əsasən PHP və Java bildiyini nəzərə alsaq, bu developerlərin əsas maraq göstərdiyi digər dil məhz Pyhton-dur. Sorğu iştirakçılarının 38.9%-i məhz bu dili öyrənmək istəyir. Eyni sorğuda ən çox öyrənilməsi lazım olan dil kimi Javagörünür. PHP göstəriciləri isə bu sorğuda aşağıdır. Çünki sorğu iştirakçısı olan developerlərin əksəriyyəti bu dili bilir və onlar növbəti mərhələdə öyrənmək istədikləri dili qeyd ediblər ki, burada ən çox maraq Pyhton-a olub.


 

Proqramçılar əsasən hansı sektorda çalışır? 

 

    46.9% göstərici ilə özəl sektorproqramçıların əsas çalışdığı sahədir. 41.2%developer isə ya şəxsi biznesdə ya da frilanser olaraq fəaliyyət gəstərir. Son sırada isə dövlət sektoru qərarlaşıb. 11.9%, yəni cəmi 36 nəfər dövlət sektorunda çalışır.



Developerlərin əsas müştəriləri kimlərdir?

    Sorğu nəticəsinə əsasən 73.9% çoxluq sifarişlərin əsasən daxili bazardan olduğunu qeyd edib. 15.5% göstərici isə sifarişlərin xarici bazardan olduğunu qeyd edib. Fərdi sorğu nəticələrinin analizlərinə nəzər yetirsək, xaricdən sifariş alan developerlərin əsasən frilanser olaraq çalışdıqlarını görə bilirik. Bu da sifarişlərin, əsasən frilanserlər üçün "marketplace" saytlardan olduğunun göstəricisidir.


Proqramlaşdırma sahəsində Azərbaycanda developerlərin təcrübə göstəriciləri

    Sorğu nəticələrinə əsasən 36%-lik göstərici ilə Azərbaycanda proqramçıların 1-3 il aralığında kodlama təcrübələri vardır. 25% - lik göstərici ilə isə 77 nəfər 1 ilə qədərproqramlaşdırma təcrübəsinə sahibdir. Sorğu iştirakçılarının 19.5%-i isə 3-5 il aralığında, 19.2% -i isə 5 ildən çox təcrübəyə sahibidir.

 

    Sorğunun ikinci hissəsi bazarda fəaliyyət göstərən və "outsource" işlər həyata keçirən agentliklərlə bağlıdır. Adlarının konfidensiallığını qorumaq şərtilə keçirdiyimiz sorğuda Azərbycanın aparıcı 15  web agentliyi iştirak edib. Beləliklə, sorunun ikinci hissəsi ilə sizləri tanış edirik.

    Azərbaycan bazarında proqramlaşdırma dilləri üzrə apardığımız sorğunun ikinci istiqaməti bu sahədə “outsource” işlər görən agentliklərlə bağlıdır. Azərbaycanın 15 seçilmiş agentliyi arasında apardığımız sorğu nəticələri yuxarıdakı sorğunun nəticələri ilə demək olar ki, eynidir. Beləliklə sorğu nəticələrinə əsasən agentliklərin ən çox sifariş aldıqları proqramlaşdırma dillərinin cədvədili aşağıdakı şəkildədir.


    Nəticələrə əsasən Azərbaycanda müştərilərin agentliklərdən istədikləri əsas tələblərdə PHPJavascript və Java üstünlük təşkil edir. Bazarı nəzərə alsaq və agentliklərin təkliflərini dəyərləndirsək, bu dillərdə kodlama edən proqramçıların çoxluğu əsas verir ki, məhz PHP, Javascript və Java Azərbaycan bazarında ən çox istifadə olunan proqramlaşdırma dilləridir.

Sorğunun ikinci hissəsində agentliklərdə çalışan proqramçıların hansı dillərdə kodlama etməyi ilə bağlıdır və nəticələrdə gözlənildiyi kimi PHP, Javascript və Java üstünlük təşkil edir. Pyhton-a maraq isə burada daha ön planlandadır. Belə nəticəyə gəlmək olar ki, Bazarda Pyhton-da yazan proqramçılar olsa da müştərilər tərəfindən bu dilə tələb azdır. Açığı, PHPJava-dan sonra Azərbaycanda maraq daha çox Pyhton-adır.

Sorğuda iştirak edən agentliklərinin cavabına görə ölkədə əsasən sifarişlər özəl və dövlətsektorundan alınır. Xüsusən Banklar və dövlət müəssisələri əsas sifarişçi tərəflərdir.

    Agentliklərin hansı dilləri bilən proqramçıya ehtiyacı olduqlarını isə bu statistikadan bilmək olar. Yenə ənənəvi olaraq liderlik PHP-dədir. Swift və Pyhton bu siyahıda əvvəlki cədvəllərə nisbətən  daha ön plana çıxır. Nəzərə alsaq ki, Azərbaycanda Swift ilə işləyən proqramçılar azdır və əksi olaraq isə bazarda iOS tətbiqlərinə tələb kifayət qədərdir. Belə olan halda həm agentliklər həm sifarişçi tərəf iOS tətbiqlərinin hazırlanması üçün daha çox xarici - Ukrayna, Türkiyə, Hindistan bazarlarına üz tuturlar. Ümumi olaraq dəyərləndirsək, əsas üstünlüyün yenə də PHPJava və Javascrtiptdə olduğunu aydın görmək olar.

    Bazarda həm tələb həm də təklif sırf bu proqramlaşdırma dilləri üzərindən formalaşır. Potensial olaraq isə Phyton-a böyük maraq var. Həm agentliklərdə həm developerlərdə bu proqramlaşdırma dilinə növbəti illərdə daha çox tələb yaranacağını düşünürük. Developerlər arasında sorğu nəticələrinə əsasən də, daha PHP və Java bilən proqramçılar növbəti mərhələdə Phyton öyrənmək niyyətindədirlər. C,C++ və C#,  PHPvə Java-dan sonra ən çox istifadə olunan dillər sırasındadır.

Bu günün Statistikası: 8378 visitors (18466 hits)
*/Copyright/Akhbarli Media/* _-=Akhbarli Media Specials=-_