AZEBLOGS azeblogs - game
Banner Dəyiş

Dizayn: v3

azeblogs

game

İlk video oyunlar haqqında kiçik bir məlumat!




İlk kompüter oyunu 1952-ci ildə Duqlas tərəfindən yaradılıb. Duqlas ilk oyununu Kembric (İngiltərənin ən nüfuzlu universitetlərindən biri) universitetində yaradıb. Dünyada ilk kompüter oyunu EDSAC kompüterində proqramlaşdırılıb. Təsvir katod şüaları vasitəsilə yaradılıb. Digər kompüterçi - Uilyam Xidcinbotam təxminən 1958-ci ildə ilk video oyununu yaradıb. Onun oyunu "Tennis for Two" adlanırdı.

1962-ci ildə Stiv Rassell "SpaceWar" (Kosmos müharibələri) oyununu yaradır. Qeyd etmək lazımdır ki, SpaceWar oyunu kompüterdə oynamaq üçün nəzərdə tutulmuş ilk kompüter oyunudur. Stiv Rassell öz oyununu layihələşdirmək üçün universal EHM kompüterindən istifadə edib.

 

Lakin cəmi 5 il sonra, 1967-ci ildə, Ralf Baer ilk dəfə olaraq televizorda oynamaq mümkün olan video oyun yaradıb. Onun oyunu "Chase" adlanırdı.

1971-ci ildə Nolan Buşnel Ted Dabney ilə birlikdə ilk arkada oyununu yaradırlar. Oyun "Kompüter kosmosu" adlanırdı. Bu oyun Stiv Rassellin "SpaceWar" oyununa əsaslanırdı.

Bu günün Statistikası: 8578 visitors (18747 hits)
*/Copyright/Akhbarli Media/* _-=Akhbarli Media Specials=-_